525.Az

Şeyx Rusiyaya gedir


 

Şeyx Rusiyaya gedir<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Moskva və bütün Rusiyanın Patriarxı Kirillin dəvəti əsasında həyata keçirilir.
 
MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü sentyabrın 26-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.
 
Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.

 





24.09.2014    çap et  çap et