525.Az

Yaponiyadan Tayvana bir milyon dollarlıq yardım


 

Yaponiyadan Tayvana bir milyon dollarlıq yardım<b style="color:red"></b>

Yaponiya hökuməti zəlzələdən zərər çəkən Tayvana bir milyon dollarlıq təcili yardım göndərəcəyini açıqlayıb.

525.az xəbər verir ki, xarici işlər naziri Kamikava Yoko açıqlamasında yeni il ərəfəsində Noto yarımadasında baş verən zəlzələdən sonra Tayvan xalqının səxavətlə yardım etdiyini bildirib.

Kamikava: "Yaponiya və Tayvan mühüm dostlar kimi hər bir problemdə bir-birini dəstəkləyib", - deyib.

Qeyd edək ki, qida, su və tibbi ləvazimatlar daxil olmaqla 1 milyon dollar dəyərində təcili yardım Yaponiya-Tayvan Mübadilə Assosiasiyası vasitəsilə bölgəyə köçürüləcək.

Məhəmməd Tağıyev

 





06.04.2024    çap et  çap et