525.Az

Cahangir Hüseyn Əfşarın yubileyi qeyd olunub


 

Cahangir Hüseyn Əfşarın yubileyi qeyd olunub <b style="color:red"></b>

Aprelin 4-də Nizami Kino Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru, ictimai-siyasi xadim Cahangir Hüseyn Əfşarın (Hüseynov) 70 illik yubileyi münasibətilə kitablarının, eləcə də haqqında çəkilmiş sənədli filmin təqdimat mərasimi keçirilib. 

525.az xəbər verir ki, mərasimdə çıxış edən akademik Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, ictimai-siyasi xadim Arif Rəhimzadə və digər natiqlər Cahangir Hüseyn Əfşarın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunda, milli dövlətçilik tarixində göstərdiyi səylərdən, müəllifi olduğu kitablardan danışıblar. 

Təqdimat mərasimində Cahangir Hüseyn Əfşarşın müəllifi olduğu kitablardan parçalar səsləndirilib, sənədli filmdən savayı ictimai-siyasi xadimin həyat və fəaliyyətindən bəhs edən çarxlar nümayiş olunub.  

Qeyd edək ki, Cahangir Hüseyn Əfşar 1991-ci ildən Ali Sovetin deputatı, 2000-2005-ci illərdə Milli Məclisin II çağırış deputatı olub. Cahangir Hüseyn Əfşar Nadir şah hakimiyyətini geniş şəkildə tədqiq edib, ‘’Azərbaycan. Nadir şah  Əfşar dövləti’’ kitabını qələmə alıb. Bundan başqa onun müəllif olduğu ‘’Qarabağnamə’’ əsəri Qarabağın dünən, bu günü və sabahını müqayisəli və tarixi faktlarla təhlili üzərində qurulub. Bu kitab türk və ingilis dillərinə tərcümə edilib. Los-Angelesdə Azərbaycan həqiqətələrinin yayılması istiqamətində böyük rol oynayıb.

 





07.04.2024    çap et  çap et