525.Az

Türkiyədə yol qəzalarında bir gündə 9 ölü, 1 047 yaralı


 

Türkiyədə yol qəzalarında bir gündə <b style="color:red">9 ölü, 1 047 yaralı</b>

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə bildirib.

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.

 





07.04.2024    çap et  çap et