525.Az

“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan xaric edildilər


 

“Ağıllı” saat aşkar olunan şagirdlər imtahandan <b style="color:red">xaric edildilər</b>

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

525.az DİM-ə istinadla xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.

 





07.04.2024    çap et  çap et