525.Az
Filmimiz III Beynəlxalq Van Gölü Film Festivalında
Sentyabrın 13-dən 29-dək Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalında finala qalan filmlərin siyahısı bəlli olub.
Lent.az-ın məlumatına görə, əsas mövzusu “Köç və sərhəd. Köçkün həyatı” olan festivalın finalında 11 film arasında Şamil Əliyevin “Çölçü” filmi də var. Filmimiz festivalın 3-cü günü nümayiş olunacaq.
Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları iştirak edir.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub. Çölçü” bədii filmi 24 beynəlxalq kinofestival və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.
24.09.2014
çap et