525.Az

Futbolçunun evini qarət etdilər, maşınını oğurladılar


 

Futbolçunun evini qarət etdilər, maşınını oğurladılar<b style="color:red"></b>

"Nyukasl"ın hücumçusu Aleksandr İsakın evi qarət edilib.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Qarətçilər futbolçunun avtomobilini oğurlayıblar. İngiltərə polisi bu məlumatı təsdiqləyib.

Lakin hadisə zamanı futbolçunun özünün və ya ailəsinin evdə olub-olmadığı məlum deyil. 

Xatırladaq ki, daha əvvəl İngiltərədə İsakın komanda yoldaşı, hücumçu Coelintonun, eləcə də “Mançester Siti”nin vingeri Cek Qrilişin evi qarət edilmişdi.

 





07.04.2024    çap et  çap et