525.Az

“Azərbaycan Ermənistan idmançılarına zəmanət verib”


 

“Azərbaycan Ermənistan idmançılarına zəmanət verib”<b style="color:red"></b>

“Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı bütün 49 Avropa ölkələri Bakıya dəvət olunub. Ermənistan mətbuatından gələn xəbərlərə görə, Ermənistan da bu tədbirdə iştirak edəcək”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir Azərbaycan dövləti tərəfindən Ermənistan idmançılarına təhlükəsizlik, o cümlədən viza və digər məsələlərlə bağlı zəmanət verildiyini də bildirib.
 
Qeyd edək ki, I Avropa Oyunları Azərbaycanda gələn ilin yayında keçiriləcək.

 





24.09.2014    çap et  çap et