525.Az

Kayseridə Naxçıvanın 100 illiyilə bağlı konsert olub


 

Kayseridə Naxçıvanın 100 illiyilə bağlı konsert olub<b style="color:red"></b>

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub.

525.az xəbər verir ki, “Şuşa” Azərbaycan Evinin açılışının bədii hissəsi olaraq keçirilən konsert həm də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilib.

Konsertdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Ərciyəz Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Nigar Ələsgərova, Ərciyəz Universitetinin tarix üzrə professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız iştirak edib.

Konsertdə Azərbaycanın bəstəkar və xalq mahnıları, milli rəqslər ifa olunub.

Konsert kayserililərin böyük marağı ilə qarşılanıb. Sonda F.Muradov, A.Kərimov, M.Yalçın rəqs ansamblının üzvlərinə, solistlərə iştirakçılara plaket və gül dəstələri təqdim ediblər.

 





08.04.2024    çap et  çap et