525.Az

Mikayıl Cabbarov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan güləşçiləri təbrik edib


 

Mikayıl Cabbarov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan güləşçiləri təbrik edib<b style="color:red"></b>

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 5 sərbəst güləşçini təbrik edib.

525.az xəbər verir ki, M.Cabbarov bu barədə “X” hesabında paylaşım edib.

O, milli üzvlərinə olimpiadada uğurlar arzulayıb: “Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə yığmamızın üzvləri Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında onlara uğurlar arzulayırıq”.

Qeyd edək ki, Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında Fransada keçiriləcək.

 





08.04.2024    çap et  çap et