525.Az

Parisdə yaşayış binasında partlayış: 3 ölü


 

Parisdə yaşayış binasında partlayış: <b style="color:red">3 ölü</b>

Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayışda 3 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisin 11-ci məhəlləsində yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşviş içində aşağı tullanan şəxs dünyasını dəyişib.

Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb, partlayış baş verən mənzildə 2 cəsəd tapılıb.

Qeyd edək ki, təxliyə edilən bina sakinlərinin 2 saatdan sonra evlərinə daxil ola bildikləri bildirilib.

Malik Atilay

 





08.04.2024    çap et  çap et