525.Az

Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib


 

Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib<b style="color:red"></b>

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin Xüsusi Nümayəndəsi Və Əbu Məcd və COP27-nin Baş Danışıqçısı Məhəmməd Nəsr ilə Qahirədə görüşüb.

525.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tərəflər COP29-a hazırlıq işlərini müzakirə ediblər.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

 





08.04.2024    çap et  çap et