Nigeriyanın Sokoto əyalətində 3 uşaq dünyasını dəyişib, 127 uşaq isə diaqnoz qoyula bilinməyən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.
525.az xarici mediaya istinadən bildirir ki, Nigeriyanın Sokoto əyalətinin qubernator müavini İdris Qobir verdiyi açıqlamada əyalətdə indiyədək 3 uşağın diaqnoz qoyula bilinməyən xəstəlik səbəbilə həyatını itirdiyini bildirib.
Qobir bildirib ki, 127 uşaq xəstəlikdən müalicə olunur.
Xəstəliyin səbəbini araşdırmaq üçün ekspert qrupu göndərdiyini qeyd edən Qobir, xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.
Malik Atilay
çap et