525.Az

Nigeriyada silahlı hücumda ölənlərin sayı 25-ə yüksəlib


 

Nigeriyada silahlı hücumda ölənlərin sayı 25-ə yüksəlib<b style="color:red"></b>

Aprelin 5-də Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda ölənlərin sayı 25-ə yüksəlib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Omala Regional sədri David Akpa yerli mətbuata verdiyi açıqlamada aprelin 5-də naməlum silahlı şəxslər tərəfindən həyata keçirilən hücumda 2 uşaq və 4 qadının cəsədinin tapıldığını bildirib.

İndiyədək 25 nəfərin öldüyünü vurğulayan Akpa, hücumda çoxlu sayda insanın yaralandığını söyləyib.

“Günahsız və zərərsiz icma sakinlərinin qondarma muzdlu milislər tərəfindən öldürülməsi çox sərt və qəbuledilməzdir”, - deyə Akpa bildirib. 

Qeyd edək ki, Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.

Malik Atilay

 





08.04.2024    çap et  çap et