525.Az

Gürcüstanda poliqonda partlayış: 2 nəfər ölüb


 

Gürcüstanda poliqonda partlayış: <b style="color:red">2 nəfər ölüb</b>

Gürcüstanın paytaxtı Tbilisidə silah mağazasına məxsus qapalı atış poliqonunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, Tbilisidə fəaliyyət göstərən “Battleground” silah mağazasının atış poliqonunda mənşəyi məlum olmayan partlayış olub.

Boçorma küçəsindəki binada baş verən partlayışda 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Malik Atilay

 





08.04.2024    çap et  çap et