Polisin Meksika səfirliyinə basqın etməsindən sonra Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nikaraqua hökuməti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqınla bağlı açıqlama verib.
Bəyanatda basqından sonra Ekvadorla bütün diplomatik əlaqələrin kəsildiyi bildirilib.
Açıqlamada Meksika Prezidenti Andres Manuel Lopez Obrador və hökumətinə dəstək verməyə davam edəcəkləri bildirilib.
Meksika səfirliyinə basqın edildikdən sonra Latın Amerikası ölkələri başda olmaqla bir çox lider Prezident Obradoru dəstəkləyib və Ekvador əleyhinə reaksiya verib.
Dünən Ekvador polisi Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün onun 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqın edib.
Səfirliyin Siyasi Məsələlər üzrə Mütəxəssisi Roberto Kanseko jurnalistlərə açıqlamasında Ekvador polisinin zorla içəri daxil olduğunu və şəxsi heyətə hücum etdiyini bildirib.
Meksika Prezidenti Obrador deyib ki, Ekvador polisinin səfirliyə daxil olması milli suverenliyin açıq şəkildə pozulmasıdır.
Malik Atilay
çap et