525.Az
"Quş qripi" ilə bağlı monitorinqlər başlayacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından apreldə Dövlət Baytarlıq Xidmətinə Vyetnam və Çində "quş qripi"nin yeni növünün yayılması ilə bağlı məlumat daxil olub”.
Bunu Lent.az-a açıqlamasında DBX-in mətbuat katibi Yolçu Xanvəli bildirib. Mətbuat katibinin sözlərinə görə, Azərbaycan həmin ölkələrdən quş əti və quş əti məhsulları almır:
“Biz yalnız epizootik baxımdan sağlam olan ölkələrdən quş əti və quş əti məhsulları alırıq”.
Y. Xanvəli bildirib ki, ölkəyə idxal olunan mallar da baytarlıq lobaratoriyalarında müayinə olunur: “Bundan sonra isə həmin məhsulların satışına icazə verilir” .
"Quş qripi" ilə bağlı 2006-cı ildən bu günə qədər monitorinqlərin aparıldığını bildirən Y. Xanvəli vurğulayıb ki, bu il quşların yaz miqrasiyası dövründə 3 dəfə monitorinq keçirilib.
“Quş qripi ilə bağlı yaxın aylarda yenidən monitorinqlərə başlanılacaq. Quşçuluq təsərrüfatlarından quş qanları götürülüb müayinə ediləcək. Ölkədə epizootik vəziyyət sabitdir və Azərbaycanda "quş qripi" aşkarlanmayıb. Hər şey DBX-in nəzarətindədir”-deyə, mətbuat katibi əlavə edib.
24.09.2014
çap et