525.Az

Bakı üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir


 

Bakı üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 222 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir.

Bu barədə 525.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, layihənin əhatə etdiyi məktəblərdə 4 min 283 sinif üzrə 117 min 547 şagird tədrisə cəlb edilib. İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub.

Sevinc Qarayeva 

 





08.04.2024    çap et  çap et