Niderland Dini Fonduna bağlı Ulu Məscid Vəqfinin idarəçiləri 1500 nəfər üçün küçədə iftar təşkil ediblər.
525.az xarici mediaya istinadən xəbər verir ki, Niderlandın Utrext qatar stansiyasına piyada məsafədə yerləşən “Məscid meydanı” adlanan ərazidə təşkil edilən küçə iftarında müsəlman ailələr və holland məhəllə sakinləri bir araya gəlib.
Təxminən 1500 nəfərin iştirakı ilə “Niderlandın ən böyük muzeyi” layihəsinə daxil olan Ulu Məscid Vəqfi müdirlərinin təşkil etdiyi iftar proqramında Utrext Polis İdarəsi, bələdiyyə və müxtəlif qurumların nümayəndələri də iştirak edib.
Qeyd edək ki, iştirakçılar azanla iftar açıb, iftardan sonra məsciddə şam namazını qılıblar.
Malik Atilay
çap et