Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsini çətin sınaqların gözlədiyini bildirib.
525.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Onun sözlərinə görə, söhbət BMT-də Srebrenitsada müsəlmanların soyqırımı ilə bağlı qətnamənin qəbul edilməsindən, eləcə də Kosovonun Avropa Şurasına qəbul olunma ehtimalından gedir.
Vuçiç qeyd edib ki, bu hadisələr Serbiya Respublikasının ləğvi üçün təhlükə yaradır və Serbiya müharibə üçün təzminat ödəməli ola bilər.
Havar Şəfiyeva
çap et