525.Az

İran İsrailə hücuma hazırlaşır


 

İran İsrailə hücuma hazırlaşır<b style="color:red"></b>

İran yaxın günlərdə İsrailə kütləvi hücuma keçməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail və ABŞ hesab edir ki, İran İsrailin Suriyadakı konsulluğu bombalamasına görə qisas almağa hazırlaşır və cavab hücumu planlaşdırır. Planı pilotsuz təyyarələr dəstəsi, həmçinin ballistik və qanadlı raketlər həyata keçirəcək.

Ehtimallara görə, hücum gələn həftə Ramazan ayı bitməmiş baş verəcək, deyə nəşr qeyd edir.

Havar Şəfiyeva 

 





08.04.2024    çap et  çap et