525.Az

Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır


 

Lvov Azərbaycanın regionlararası qarşılıqlı əlaqələrində mühüm tərəfdaşdır<b style="color:red"></b>

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov merinin birinci müavini ilə görüşüb.

525.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Bildirilib ki, görüş zamanı ticarət-iqtisadi, biznes, mədəniyyət və humanitar sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin qarşı tərəfə Azərbaycanın Ukraynadakı humanitar təşəbbüsləri və yardımları barədə məlumat verilib.

 





08.04.2024    çap et  çap et