525.Az

Qərbi Qazaxıstanda Uralda suyun səviyyəsinin qalxması ilə əlaqədar insanların təxliyəsinə başlanılıb


 

Qərbi Qazaxıstanda Uralda suyun səviyyəsinin qalxması ilə əlaqədar insanların təxliyəsinə başlanılıb<b style="color:red"></b>

Qərbi Qazaxıstan vilayətində Ural çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar insanların erkən evakuasiyasının ikinci mərhələsi başlayır.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Nurlan Baybazarov danışıb.

O, bildirib ki, çayda suyun səviyyəsi 703 sm-ə çatıb və artmaqda davam edir. Bu səbəbdən də çayın məcradan çıxması təhlükəsi yarandığından evlərdə və bağ evlərində yaşayan əhali köçürüləcək.

Aprelin 8-i günortadan sonra Rusiya Fövqəladə Hallar Nazirliyi Orenburq vilayətinin İlek rayonunda Ural çayında suyun səviyyəsinin 890 sm-lik təhlükəli həddi keçdiyini bildirib.

 





08.04.2024    çap et  çap et