525.Az

Cənubi Koreya ikinci casus peykini orbitə buraxıb


 

Cənubi Koreya ikinci casus peykini orbitə buraxıb<b style="color:red"></b>

Koreya Respublikası "SpaceX" tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı ikinci casus peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.

525.az xəbər verir ki, Koreya Müdafiə Nazirliyi ölkənin ikinci casus peykinin orbitə buraxılması ilə bağlı açıqlama verib. Nazirlikdən verilən məlumata görə, ABŞ-nin Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən "SpaceX"in "Falcon 9" raketi ilə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.

Qeyd edək ki, peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxlayıb.

Məhəmməd Tağıyev

 





08.04.2024    çap et  çap et