525.Az

İspaniya "Qızıl viza" tətbiqinə son qoyur


 

İspaniya "Qızıl viza" tətbiqinə son qoyur<b style="color:red"></b>

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə 2013-cü ildən qüvvədə olan və xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan "Qızıl viza" tətbiqinin ləğv ediləcəyini açıqlayıb.

525.az xəbər verir ki, Sevilyada keçirilən tədbirdəki çıxışında Sançes aprelin 9-da keçiriləcək həftəlik Nazirlər Şurasının iclasında "Qızıl Viza" tətbiqinin ləğvi ilə bağlı qərarın veriləcəyini açıqlayıb.

2013-cü ildə o dövrdə hakimiyyətdə olan sağçı Xalq Partiyasının (PP) başlatdığı təcrübənin ləğvi ilə bağlı Mənzil Nazirliyi tərəfindən hazırlanan hesabatın sabah Nazirlər Kabinetində müzakirə ediləcəyini ifadə edən Sançes, yeni qərarın əhatə dairəsi və onun qüvvəyə minmə tarixi haqqında məlumat paylaşmayıb.

İspaniyada "Qızıl viza"dan yararlananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirərkən, tətbiqdən faydalanan xarici vətəndaşların siyahısına baxıldığında Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk 5-likdə yer alıb.

Məhəmməd Tağıyev

 





08.04.2024    çap et  çap et