Rusiyanın Tümen vilayətinin qubernatoru Aleksandr Mur daşqın təhlükəsi ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Mur "Telegram"da verdiyi açıqlamada Tümen vilayətində çaylarda suyun səviyyəsinin qalxdığını bildirib.
Bu səbəbdən bölgədə fövqəladə vəziyyət elan edilməsinə qərar verildiyini açıqlayan Mur: "Ehtiyat tədbiri olaraq fövqəladə vəziyyəti aktivləşdiririk", - deyib.
Qeyd edək ki, Orenburq vilayətində Ural çayında bəndin partlaması nəticəsində yaranan daşqınlardan bir çox bölgələr zərər çəkib.
Məhəmməd Tağıyev
çap et