525.Az

El Salvador 5 min pulsuz pasport verəcək


 

El Salvador 5 min pulsuz pasport verəcək<b style="color:red"></b>

El Salvador Prezidenti Nayib Bukele alim, mühəndis və həkim kimi yüksək ixtisaslı əcnəbi işçilərə 5 min pulsuz pasport veriləcəyini açıqlayıb.

525.az xəbər verir ki, Bukele "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. Əcnəbi alimlərə, mühəndislərə, həkimlərə, sənətçilərə və filosoflara təxminən 5 milyard dollara bərabər olan 5 min pulsuz pasport veriləcəyini qeyd edən Bukele, bu insanların da səsvermə hüququ daxil olmaqla tam vətəndaşlıq statusu alacağını bildirib.

Bukele pasport üçün müraciət edənlərin ailələri və mal varlıqlarının ölkəyə köçürülməsi üçün bu sahədə vergiləri ləğv edəcəkləri barədə məlumatı da paylaşıb və bu proqramın El Salvadorun gələcəyinə böyük təsir edəcəyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





08.04.2024    çap et  çap et