525.Az

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub


 

Bu il 50 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub<b style="color:red"></b>

Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.

525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

 





09.04.2024    çap et  çap et