525.Az

Şair Məmməd İsmayıl evə buraxılıb


 

Şair Məmməd İsmayıl evə buraxılıb<b style="color:red"></b>

Şair Məmməd İsmayıl xəstəxanadan evə buraxılıb.

525.az xəbər verir ki, bu barədə APA-ya şairin qızı İntizar İsmayıl məlumat verib.

Onun sözlərinə görə, hazırda atasının müalicəsi evdə davam etdirilir: “Ağrıları azalıb. Özünü kifayət qədər yaxşı hiss edir. Yuxusu da normallaşıb. Sərbəst yeriyə bilməsə də, əvvəlki ilə müqayisədə çox yaxşıdır”, – deyə o əlavə edib.

İntizar İsmayıl göstərilən diqqətə görə Heydər Əliyev Fonduna və müalicənin aparıldığı xəstəxanaya təşəkkür edib.

 





09.04.2024    çap et  çap et