İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ın 24 batalyonundan 19-nu məhv edib.
525.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
“Nailiyyətlərimiz böyükdür. Yüksək rütbəli komandirlər də daxil olmaqla, HƏMAS-ın 24 batalyonundan 19-nu məhv etdik. Biz xeyli sayda HƏMAS terrorçusunu öldürdük, yaraladıq və əsir götürdük. Həmçinin raket zavodlarını, silah və sursat anbarlarını məhv etdik”, - deyə Netanyahu bildirib.
Qeyd ek ki, bundan əvvəl aprelin 7-də İsrail Müdafiə Qüvvələrinin son 4 aydır Xan Yunisdə hərbi əməliyyatlar aparan 98-ci diviziyanın qoşunlarını Qəzza zolağının cənubundan çıxardığı bildirilib.
Havar Şəfiyeva
çap et