İtaliyanın bəzi universitetlərində təhsil alan müsəlman tələbələr Ramazan bayramının son gününü tətil etməyi tələb ediblər.
525.az xəbər verir ki, bəzi təhsil müəssisələrində başlanan bayram günündə dərslərin dayandırılması praktikasından sonra digər məktəblərdəki müsəlman tələbələrdən də oxşar tələblər gəlməyə başlayıb. Milandakı Politexnik Universitetində müsəlman tələbələrin birliyi mədəni və dini fərqlilikləri tanımaq və onlara hörmət etmək üçün Fitr bayramında dərslərin dayandırılmasını tələb edib.
Boloniya Universitetində təhsil alan müsəlman tələbələr də Milandakı dostlarını dəstəkləyib və rəhbərlikdən bayram münasibətilə dərslərin dayandırılmasını istəyib.
Qeyd edək ki, ötən ay ölkədəki bəzi təhsil müəssisələrində Ramazan bayramının ilk gününün rəsmi tətil elan edilməsinə qərar verilmişdi.
Məhəmməd Tağıyev
çap et