ABŞ Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Qırmızı dəniz üzərindən atılan hava hücumundan müdafiə sistemi, yer idarəetmə stansiyası və pilotsuz uçuş aparat sistemini məhv etdiyini açıqlayıb.
525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. Açıqlamaya görə, husilərin nəzarətində olan bölgələrdən atılmağa hazır olan iki raketi olan hava hücumundan müdafiə sistemi və yer idarəetmə stansiyası dünən vurulub.
CENTCOM ayrı bir açıqlamada, quru qida da daxil olmaqla humanitar yardımın "C-130" tipli hərbi təyyarələrlə Qəzzanın şimalına atıldığını bildirib.
Məhəmməd Tağıyev
çap et