525.Az

Yeni Zelandiyadan Qəzza üçün ÇAĞIRIŞ


 

Yeni Zelandiyadan Qəzza üçün <b style="color:red">ÇAĞIRIŞ</b>

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters dünyanın Qəzzada fəlakəti dayandırmaq üçün hərəkətə keçməli olduğunu bildirib.

525.az xəbər verir ki, Peters Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında etdiyi çıxışında Qəzzada dərhal atəşkəs elan edilməli olduğunu bildirib.

Peters: "Bu münaqişədən əvvəl onsuz da böyük çətinliklərlə mübarizə aparan Qəzza indi dağıntı halındadır", - deyib.

Nazir Peters daimi üzvlər tərəfindən qətnamələrə dəfələrlə veto qoyulmasının BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilməməsinə səbəb olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





09.04.2024    çap et  çap et