525.Az

İndoneziyada 6,6 bal gücündə ZƏLZƏLƏ


 

İndoneziyada 6,6 bal gücündə <b style="color:red">ZƏLZƏLƏ</b>

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin şərqindəki Halmahera adasındakı Tobelo bölgəsindən təxminən 149 kilometr şimal-qərbdə olduğunu açıqlayıb. 6,6 bal gücündə zəlzələ 35 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, can itkisinin olmadığı zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Məhəmməd Tağıyev

 





09.04.2024    çap et  çap et