525.Az

Ekvador və Meksika arasında böhran


 

Ekvador və Meksika arasında <b style="color:red">böhran</b>

Ekvador Prezidenti Daniel Noboa Ekvador polisinin Meksikanın Kito səfirliyinə basqını ilə bağlı Meksika ilə misli görünməmiş və mürəkkəb bir böhran yaşadıqlarını deyib.

525.az xəbər verir ki, paytaxt Kitoda prezident sarayında mətbuata açıqlama verən Noboa aprelin 6-da səfirliyə basqına toxunub.

Noboa: "Biz cinayətkarların və narkoterrorçuların hər hansı toxunulmazlığını rədd edən bir anlayışı təmsil edirik. Biz Meksika ilə görünməmiş və mürəkkəb böhran yaşayırıq və bunu bilirik", - deyib.

Qeyd edək ki, Ekvador polisi Ekvadorun keçmiş vitse-prezidenti Qlassı saxlamaq üçün onun 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqın etmişdi.

Məhəmməd Tağıyev

 





09.04.2024    çap et  çap et