525.Az

Özbəkistanda 426 məhbus əfv edildi


 

Özbəkistanda 426 məhbus <b style="color:red">əfv edildi</b>

Özbəkistanda Prezident Şavkat Mirziyoyevin Ramazan bayramı münasibətilə imzaladığı fərmanla 426 məhbus əfv edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Mirziyoyev "törətdikləri cinayətdən peşman olan və mütləq sağalma yolunda olan məhbusların" Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında fərmanı imzalayıb.

Sərəncama əsasən, 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Malik Atilay

 





09.04.2024    çap et  çap et