525.Az

Çərçivədə yerin bomboş qalıb


 

Çərçivədə yerin bomboş qalıb<b style="color:red"></b>

Aynur HAQVERDİ

 

Çərçivədəki şəklimizin sən olan tərəfin

kəsib, təyyarə düzəldib

uçurmuşam lap uzaqlara.

Bəlkə də, bir sevinc payı göndərmişəm

Göydə təyyarə görəndə sevinən uşaqlara.

Dağları, çayları dolanıb gəzən küləklərdən

Daha istəmirəm ətrini sənin.

Səni boğulmaqdan qurtaran xilaskar kimi

Daha istəmirəm xətrini sənin.

Məni sularına daş atdığım

Balıqların ahı tutdu.

Amma balıqlar atdığım daşları unutdu.

Daha darıxmıram, deyim biləsən.

Otağımın pəncərəsinə

Günəş şəkli çəkmişəm.

Gecələr qorxmayım deyə.

Şəkil deyirəm...

Şəklin...

Çərçivədə yerin bomboş qalıb.

Üstəlik, məzartək qaralıb.

 





09.04.2024    çap et  çap et