525.Az

"İŞİD”-lə mübarizəni bitirən kimi Bağdadda Azərbaycan səfirliyi açılacaq"


 

"İŞİD”-lə mübarizəni bitirən kimi Bağdadda Azərbaycan səfirliyi açılacaq"<b style="color:red"></b>

Müsahibimiz İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakdır.

Səfir müsahibə zamanı İraqın yeni hökuməti, son aylarda ölkənin qarşılaşdığı İŞİD problemi, Azərbaycanla münasibətlər digər məsələlərdən danışıb.

- Cənab səfir, İraqın yeni hökumətinin əsas prioritetləri barədə deyə bilərsiniz?

- İlk növbədə yeni hökumətin qarşısında duran başlıca hədəflərdən biri təhlükəsizlik məsələsidir. Hazırda İraq dövləti İŞİD adlanan terrorçu qrup tərəfindən çox böyük təhlükə ilə üzləşib. Bu baxımdan İraqın yeni hökumətinin başlıca hədəfi İŞİD-i məhv edib, ölkədə əvvəlki vəziyyəti bərpa etməkdir.

Son hadisələr iqtisadi baxımdan İraqa böyük ziyan vurdu. İŞİD-in dağıtdığı şəhərlər, binalar yenidən bərpa olunmalı, tikilməlidir. Əlbəttə, bu sual ətrafında saatlarla danışmaq olar, amma mən əsas hədəfləri saydım.

- İŞİD-in yaratdığı əsas problemlər hansılardır hökumət onlara qarşı kimi tədbirləri həyata keçirməyi düşünür?

- Təbii ki, ən başlıca problemlərdən biri İŞİD terrorist təşkilatının insanları öz yaşayış yerlərindən didərgin salmasıdır. Biz çalışırıq ki, onların öz yerlərinə qayıtmalarını təmin edək. İŞİD çıxdığı bütün ərazilərdəki yaşayış yerlərini, infrastrukturu, bir şəhəri digəri ilə birləşdirən beynəlxalq əhəmiyyətli yolları, körpüləri dağıdır, İraq əsgərlərinin daxil olmasını əngəlləmək üçün minalar qoyurlar. İndi bizim 2 milyona yaxın qaçqın, köçkünümüz var. Bu çox böyük rəqəmdir.

Başlıca hədəflərimizdən biri həmin insanların geri qayıtmasını təmin etməkdir. Həmin insanlar köçkün həyatı yaşadıqları üçün onların ev, qida, geyinmə ehtiyacı var. Bütün ehtiyacları təmin olunmalıdır. Bu da təbii ki, İraq hökuməti üçün ağır yükdür. 

Ona görə İŞİD terrorist təşkilatı məhv edilənə qədər bizim beynəlxalq ictimaiyyətin yardımlarına ehtiyacımız olacaq. Təbii ki, İraq hökuməti köçkünlərə aylıq pul yardımı da edir. Çünki onlar yerlərini, qazanc mənbələrini itiriblər. Amerika, Avropa İttifaqı tərəfindən humanitar yardımlar  edilir, amma yenə ehtiyac tam təmin olunmayıb.

- ABŞ-ın rəhbərliyi ilə yaradılmış anti-İŞİD koalisiyasına İraqın münasibəti necədir?

- Bu, gec olsa doğru yolda atılan ilk düz addımdır. Biz ona nail olduq ki, beynəlxalq ictimaiyyət anladı ki, İraqda baş verən süni-şiə tayfaları arasında müharibə yox, rəsmi Bağdadın terrorizmə qarşı mübarizəsidir.

- Cənab səfir, əvvəlcə İŞİD-in Qərbə bağlı olduğunu, daha sonra Qətərin bu təşkilata dəstək verdiyi barədə məlumatlar yayıldı. Hazırda həm Qərb, həm Qətər anti-İŞİD koalisiyasına qoşulub. Belə olan halda bu terrorçu qrupun kökü hardan gəlir?

- Mən heç bir dövlətin adını çəkmədim. Onu deyə bilərəm ki, İŞİD heç kimin yaratdığı təşkilat deyil. Bu terrorçu qurum qan tökməyi sevən, ona eşq bəsləyən onun uğrunda çalışan bir təşkilatdır. Hətta o terrorist təşkilata kömək edən, dəstək verən qüvvələr oldu, həm maliyyə, həm silah, həm döyüşçü hazırlığı baxımından. İŞİD-in İraq ərazisində ələ keçirdiyi ərazilər Suriya ilə İraq  sərhəddindədir. O sərhədlərdə Suriya İraq sərhəd qoşunları olmadığı üçün onlar asanlıqla hərəkət edə bilirlər.

Hətta özlərini tanıtmaq üçün KIV-dən çox peşəkar şəkildə istifadə edirlər. Öldürmə səhnələri olan videoları təsir etmək, qorxu içində saxlamaq üçün birbaşa gənc nəslə ötürürlər. Həmin görüntülər nəticəsində çoxsaylı ərəb digər ölkələrin gəncləri İŞİD-ə qoşulurlar. Onlar heç bir döyüş protokoluna aid olmayan döyüşlər aparır, nizami ordu kimi vuruşmurlar, qadın paltarı geyinərək, üzərlərində gəzdirdikləri bomba ilə haranısa partladırlar.

Belə bir tərzdə İŞİD- müharibə çox çətindir. İraq ordusu onları sıxışdıranda, təbii ki, Suriyaya qaçırlar. Bizim Suriya ərazisinə girməyə icazəmiz yoxdur. Suriya ilə İraq arasında sərhəd 700 kilometrdir həmin ərazi tam şəkildə ikitərəfli nəzarətə götürülsə, xarici qüvvələrin dəstəyi ilə  orada İŞİD terrorçularını məhv etmək olar. Amma bu, 700 km-lik sərhəd açıqdır heç kim ora nəzarət etmir, hər hansı post yoxdur.

- Türkiyə İŞİD-ə qarşı koalisiyaya qoşulmayıb. Siz ümumiyyətlə, bu məsələdə rəsmi Ankaranın mövqeyini necə qiymətləndirirsiniz?

- Biz Türkiyənin mövqeyini çox yaxşı qiymətləndiririk. Ankara hərbi əməliyyatlara qoşulmasa da, insani yardımlara qoşuldu, hansı ki, bizim buna böyük ehtiyacımız var. Türkiyənin Suriya İraqla müştərək sərhədi var, buna görə Türkiyə əcnəbi döyüşçülərin Suriya İraqa daxil olmasının qarşısını ala bilər.

- İŞİD- mübarizə qədər davam edə bilər?

- Bu məsələdə vaxt söyləmək çox çətindir, biz gündəlik müharibə aparırıq. İŞİD həm regiona, həm dünyaya hədədir. Fransa konfransında çox böyük addımlar atıldı, hesab edirəm ki, bu da müharibənin bitməsini yaxınlaşdırır. Hərbi əməliyyatlar başlayanda biz tək idik, amma indi davam edən beynəlxalq ictimaiyyətin insani, hərbi yardımları onların tez bir zamanda məhvinə gətirib çıxaracaq. Fransa prezidenti hava hücumlarından mübarizəyə yaşıl işıq yandırdı.

Onu da deyim ki, bu hadisələr İraqda Azərbaycan səfirliyinin açılmasını da yubatdı. İraq hökuməti İŞİD- mübarizəni bitirən kimi Bağdadda Azərbaycan səfiliyi açılacaq. Bir müddət əvvəl Azərbaycandan nümayəndə heyəti səfirliyin binası, səfirin əməkdaşların yaşayacağı mənzillərlə tanış olmaq məqsədilə Bağdada səfər edib.  Amma İŞİD-in yaratdığı problemlər nəzərə alınaraq səfirliyin açılması yubadıldı.

Azərbaycan səfirliyinin binası Bağdadda səfirliklərin yerləşdiyi "Green zone" (Yaşıl zona) yerləşməyəcək. Səfirlik üçün ayrılmış bina həmin zonadan da təhlükəsizdir. Razılaşmamız belə olub ki, bu məsələ ətrafında problemlər həllini tapandan sonra Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq.

- Cənab səfir, Azərbaycanın regionda təhlükəsizliyin təmin olunmasında rolu necə qiymətləndirirsiniz?

- Azərbaycan terrorizmlə mübarizə aparan ilk ölkələrdəndir. Azərbaycan özü müəyyən vaxtlar olub ki, terrorizmdən əziyyət çəkib. İndi terrorizm ideologiyası ilə mübarizə aparır. Təbii ki, Azərbaycan dövlətinin apardığı bu siyasət həm terrorizm ideologiyasının gənclərin beyninə yürüməməsinə gətirib çıxaracaq. Azərbaycanın təhlükəsizlik məsələsində çox geniş təcrübəsi var ölkənin bizə təhlükəsizlik baxımından kömək etməsinə çox sevinərdik. Çünki bəzi terroristlər var ki, Tacikistan, Çeçenistan, Özbəkistandan İŞİD-ə gəlib vuruşurlar. Onlar barədə bizə məlumat verilsə, çox sevinərik. Qeyd etdiyim ki, İŞİD bütün dünyanı, o cümlədən Azərbaycanı hədələyir, onların tərtib etdikləri xəritəyə Azərbaycan da daxildir.

- Azərbaycan-İraq əlaqələrinin inkişafı perspektivləri barədə deyə bilərsiniz?

- Bizim əlaqələrimiz hər zaman yüksək səviyyədə olub çox gözəl siyasi əlaqələrimiz, anlaşmalarımız var. Ticarət dövriyyəsinin həcmi ilə bağlı çox yüksək rəqəmlər mövcuddur. 2013- ildə İraqla Azərbaycan arasında ticarət dövriyyəsi 300 milyon dollar təşkil edib, bu çox sevindirici, hətta ağıla gəlməyən bir rəqəmdir. Çünki 2010-cu ildə ticarət dövriyyəsi cəmi 1 milyon dollar idi, göründüyü kimi böyük bir sıçrayış, hətta deyərdim ki, partlayış baş verib.

Bağdadda Azərbaycan-İraq hökumətlərarası komissiyanın iclası olmalı idi, amma baş verən hadisələr iclasın yubanmasına səbəb oldu. Ümid edirik ki, bu ilin sonuna kimi iclas baş tutacaq əməkdaşlığın geniş spektri, o cümlədən birbaşa reyslərin açılması məsələsi müzakirə olunacaq.

Pərvanə

 





24.09.2014    çap et  çap et