525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Naxçıvanın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda 

Naxçıvan Azərbaycanın qədim tarixə malik regionlarından biridir. Buradakı qədim tarixi abidələr, maddi-mədəniyyət nümunələri Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin təşəkkül tapdığı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Naxçıvan tarixi-mədəni abidələrilə yanaşı həm müxtəlif fəaliyyət sahələrində ölkəmizə əvəzsiz xidmət göstərmiş görkəmli tarixi şəxsiyyətləri ilə məşhurdur. Bu da Naxçıvanın həm maddi-mədəni, həm mənəvi baxımdan zəngin bölgəsi olduğunu göstərir. 

Tarixi şəxsiyyətlər 

Naxçıvanın görkəmli şəxsiyyətlərindən biri mütəfəkkir, şair, dramaturq Hüseyn Caviddir. 1882-ci ildə ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində doğulan, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində alan H.Cavid klassik üslubda ilk şeirlərini "Gülçin" "Salik" imzaları ilə burada qələmə alıb. 1899-1903- illərdə Cənubi Azərbaycanda- Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra Gəncədə Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib. Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının yaradıcılarından biri olub.

Cavid sənəti bədii növ, janr forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913- ildə işıq üzü görüb. Yaradıcılığının ilk dövrlərində ictimai-siyasi lirikaya daha çox diqqət yetirib. "Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün bugün", "Qadın", "Görmədim", "Vərəmli qız" sair şeirlərində sosial ədalətsizliyin hökm sürdüyü cəmiyyətdə əməkçi insanların faciəli həyatı təsvir edilir. "Məsud Şəfiqə" şeirində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti, sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. "Sən nəsin, kimsin deyən ariflərə" (1912) poemasında şair insanlara işıqlı həyat, azad gələcək yolu arayırdı. "Məzlumlar üçün" (1914), "Qürubə qarşı", "Hərb fəlakət" (1916), "Hərb ilahı qarşısında" (1917) şeirlərində imperialist müharibələrinə nifrət öz əksini tapıb.

Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Mənzum "Ana" (1910) pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilir. "Maral" (1912) faciəsində şəxsiyyət qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində mürtəce əxlaqi görüşlər tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birindən ayıran dini milli təəssübkeşlik əleyhinə üsyankar etiraz ruhu hakimdir. Cavid bu dövrdə tədriclə, "Haqq verilmir, alınır" ideyasına gəlib çıxıb. Həmin ideya "Şeyda" (1917) dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" (1918) poemasında daha bariz ifadəsini tapıb. "Şeyda"da Cavid yalnız ideya mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri göstərir, "füqərayi-kasibə"ni, "qabarlı əllər"i istismarçılarla mübarizəyə çağırırdı. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan imperialist dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb. Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif mədəniyyət dostlarının toqquşması Cavidin 1920-ci ilədək yazdığı əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsini bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb olması fikri təşkil edir. Estetik ideyalarına sadiq qalan Cavid bununla yanaşı, ötən əsrin 20-30-cu illərində dövrün tələbləri ilə səsləşən bir sıra əsərlər yaradıb. "Azər" dastanı (1920-37) bu əsərlər arasında xüsusi yer tutur. 1926- ildə müalicə üçün Almaniyaya gedən bir müddət Berlində yaşayan Cavid vətənə Qərb dünyasının sosial-mənəvi ziddiyyətlərini əks etdirən bir sıra siyasi-lirik lirik-epik şeirlərlə qayıdıb. "Nil yavrusu" əsərində Cavid müstəmləkə zülmünü qəzəb nifrətlə damğalayırdı. Bu dövrdə Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" (1922), "Topal Teymur" (1925), "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş idi. Cavidin yaradıcılığında türkçülük turançılıq ideyalarının təbliği yer alıb. Türkçülük ən çox onun "Xəyyam", "Topal Teymur" "Səyavuş" faciələrində qabarıq şəkildə öz əksini tapıb. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını Xəyyam kimi azadfikirli bir mütəfəkkiri baş qəhrəman seçib. Faşizm İkinci dünya müharibəsi təhlükəsinin artması Cavidi narahat edən problemlər idi ("İblisin intiqamı" dramı, 1936). Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsinin əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi vətənpərvər şair kimi Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor neyzən" poeması, 1930). Cavidin fəlsəfi, siyasi-ictimai görüşləri "ümumi məhəbbət" ideyasından yüksək humanizmə qədər böyük bir inkişaf yolu keçib. Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiyyəti ilə seçilir.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

Anadan olmasının 100, 110, 120 125 illik yubileyləri geniş qeyd olunub. Naxçıvanda Bakıda ev-muzeyləri yaradılıb, Bakıda, vaxtilə yaşadığı binaya (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun binası) barelyef-təsviri olan xatirə lövhəsi vurulub. 100 illik yubileyi ərəfəsində cənazəsi İrkutsk vilayətindən Naxçıvana gətirilib, buradakı ev-muzeyinin yaxınlığında dəfn edilib. Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1996- ildə qəbri üzərində möhtəşəm inşa edilib. Adına Bakıda, Naxçıvanda respublikanın digər şəhər rayonlarında küçə, bağ, məktəb, kitabxana, kino-teatr sair mədəni maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılıb.

(ardı var)

S.ABDULLAYEVA

 





24.09.2014    çap et  çap et