525.Az

"Fənərbaxça" Yunanıstana 3 itki ilə getdi


 

"Fənərbaxça" Yunanıstana 3 itki ilə getdi<b style="color:red"></b>

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Olimpiakos"un qonağı olacaq "Fənərbaxça" matça irkilərlə çıxacaq.

QOL.az xəbər verir ki, Coşua Konq, Mert Hakan Yandaş və Aleksander Ciku zədəlidir. Hər üç futbolçu səfər matçının iştirak ərizəsinə daixil edilməyib.

Fred, İsmail Yüksek və Mişi Batşuayi isə zədələrini sağaldıb və komandaya qoşulub. Onların adı heyətdə yer alıb.

Qeyd edək ki, sabah keçiriləcək "Olimpiako" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

 





10.04.2024    çap et  çap et