525.Az

UNEC dünyanın 351-400 universiteti arasında yer aldı


 

UNEC dünyanın 351-400 universiteti arasında yer aldı<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni bir uğura imza atdı.

UNEC-dən 525.az-a verilən məlumata görə, aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəldi.

Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti oldu.

Sevinc Qarayeva 

 





10.04.2024    çap et  çap et