525.Az

Ramil Şeydayevin klubu cəzalandırıldı


 

Ramil Şeydayevin klubu cəzalandırıldı<b style="color:red"></b>

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi "Kocaelispor" Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.

525.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib. Qərara azarkeşlərin 1-ci liqanın 28-ci turunun "Göztepe" ilə matçındakı davranışları səbəb olub.

"Kocaelispor" növbəti ev oyununu - "Bitexen Giresunspor"la matçını azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL məbəğində cərimələnib.

Qeyd edək ki, "Kocaelispor" 1-ci liqa 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 





10.04.2024    çap et  çap et