525.Az

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçirilən Dünya Kubokunda iştirak edəcəklər


 

Azərbaycanın bədii gimnastları Bolqarıstanda keçirilən Dünya Kubokunda iştirak edəcəklər<b style="color:red"></b>

Bədii gimnastika üzrə böyük gimnastlar - İlona Zeynalova və Mədinə Dəmirova aprelin 12-dən 14-dək Bolqarıstanın Sofiya şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcəklər.

525.az-a bu barədə Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.

Bildirilib ki, yarışda məşqçi Nərmin Cahangirova və hakim Yevgeniya Vilyayeva da ölkəmizi təmsil edəcəklər.

 

 





11.04.2024    çap et  çap et