525.Az

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək


 

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək<b style="color:red"></b>

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı keçirəcək.

525.az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirəcək.

 





11.04.2024    çap et  çap et