525.Az

"Barselona" ilə cavab oyunu final olacaq" - Enrike


 

 "Barselona" ilə cavab oyunu final olacaq" - <b style="color:red">Enrike</b>

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya uduzduqları ilk oyun (2:3) haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis cavab görüşünün onun komandası üçün final olacağını söyləyib:

"Meydanda baş verənlərlə üst-üstə düşən məntiqi məğlubiyyət... Təbii ki, məğlub olanda sevinmək olmaz, amma məncə, çox yaxşı rəqibə qarşı yaxşı oyun keçirdik. Biz Barselonaya böyük arzu və böyük ambisiyalarla gedəcəyik. Bu, bizim üçün final olacaq və mən öz komandama güvənirəm.

Bu səviyyəli matçda hər zaman əlindən gələni etməyə çalışmalısan. Artıq Çempionlar Liqasının 1/4 finalındayıq. Biz bunu bacaracağımızı bilirik”.

Qeyd edək ki, “Barselona” ilə PSJ arasında cavab oyunu aprelin 16-da keçiriləcək.

 





11.04.2024    çap et  çap et