525.Az

"Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını almaq lazımdır" - Almaniya XİN başçısı


 

"Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını almaq lazımdır" - <b style="color:red">Almaniya XİN başçısı</b>

Almaniyanın xarici işlər naziri Annalena Berbokla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı A.Berbok bildirib ki, ehtimal olunan regional eskalasiyanın qarşısını almaq lazımdır:

“Bu, hər kəsin marağında olmalıdır. Biz bölgənin bütün aktorlarını məsuliyyətli və təmkinli olmağa çağırırıq”.

 





11.04.2024    çap et  çap et