525.Az

"Liverpul"un üç futbolçusu zədəsini sağaltdı


 

"Liverpul"un üç futbolçusu zədəsini sağaltdı<b style="color:red"></b>

"Liverpul"da qapıçı Alisson, müdafiəçi Trent Aleksander-Arnold və hücumçu Dioqo Jota zədələrini sağaldıblar.

QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. O bildirib ki, sözügedən oyunçuların Avropa Liqasının 1/4 finalında “Atalanta” ilə qarşılaşmada  heyətə düşmək imkanları var.

Qeyd edək ki, bu gün keçiriləcək "Liverpul" - "Atalanta" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 





11.04.2024    çap et  çap et