525.Az

Meydanı 2-ci dəqiqədə tərk edən "Fənərbaxça" ilə bağlı qərar açıqlandı


 

Meydanı 2-ci dəqiqədə tərk edən "Fənərbaxça" ilə bağlı qərar açıqlandı<b style="color:red"></b>

Türkiyə Futbol Federasiyası "Qalatasaray"la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən "Fənərbaxça" ilə bağlı qərar verib.

525.az xəbər verir ki, İntizam Komitəsi komandaya 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa, "Fənərbaxça" 4 milyon lirə (təqribən 210 min manat) məbləğində cərimə olunub.

Eyni zamanda, klubun idarə heyətinin üzvü, komandanın meydanı tərk etməsinin əsas təşəbbüskarı Ahmet Ketençi 520 min lirə (təqribən 27 min manat) cərimələnib.

Xatırladaq ki, Türkiyə Superkuboku matçının 1-ci dəqiqəsində "Qalatasaray" hesabı açıb və 2-ci dəqiqədə "Fənərbaxça" meydanı tərk edib. Oyuna U-19 komandası ilə çıxan "Fənərbaxça" Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.

 





11.04.2024    çap et  çap et