|
|
|
|
Xankəndi şəhərində yaşayış mənzillərindən birindən 3 kiloqramdan artıq marixuana aşkarlanıb.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də şəhərdən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.