525.Az

Türkiyə Superliqasında VAR-la bağlı mühüm qərar


 

Türkiyə Superliqasında VAR-la bağlı mühüm qərar<b style="color:red"></b>

Türkiyə Superliqasında hakimliklə bağlı yeni qərar verilib.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qərara əsasən Superliqanın 32-ci turundan mövümün sonuna qədər kritik oyunlar zamanı VAR hakimləri yerli yox, əcnəbi olacaq.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland və Portuqaliya Futbol Federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.

Artıq Superliqanın 32-ci turunun VAR hakimləri əcnəbi olacaq oyunları açıqlanıb:

13 aprel

"Ankaragücü" - "Qaziantep"

14 aprel

"Fatih Karagümrük" - "Fənərbaxça"

15 aprel

"Alanyaspor"- "Qalatasaray" 

Qeyd edək ki, son vaxtlar Türkiyə Superliqasında hakimliklə bağlı çox narazılıqlar yaşanır. 

 





12.04.2024    çap et  çap et